Rusiyada həmyerlisi olan azərbaycanlı iş adamını qətlə yetirən qardaşlar axtarışa verildi

  • 21:40 - 25 May

May ayının 14-də Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərində, “Yeni vağzal” deyilən ərazidə 44 yaşlı azərbaycanlı iş adamı Elşən Fəxrəddin oğlu Əsgərovun bıçaqlanaraq qətlə yetirilməsi barədə məlumat vermişdik.

Virtualaz.org-un Şirvan bürosuna verilən məlumata görə, iş adamının qətlində şübhəli bilinən həmin şəhərdə yaşayan əslən Zərdab rayonundan olan dostları 47 yaşlı Cəbrayılov Ərəstun İmran oğlu və 50 yaşlı Cəbrayılov Sənan Ərəstun oğlu hadisə yerindən qaçdıqları üçün elə həmin gündən axtarışa veriliblər.

Mərhumun yaxınlarının saytımıza bildirdiklərinə görə, qardaşlardan biri Elşənlə dalaşarkən, Elşən yerə yıxılıb və bu zaman özünü hadisə yerinə çatdıran digər qardaş ona 3 bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçıblar.

 

Sənan Cəbrayılov qətli törətdikdən bir neçə gün sonra saxlanılsa da, dünən ona izləyici bilərzik taxılaraq azadlığa buraxılması müəmmalı olaraq qalır. Digər qardaş Ərəstun Cəbrayılov isə tapılmadığından, hələ də axtarışdadır.

Qeyd edək ki, Rusiya vətəndaşı və əslən Salyan rayonunun Kərimbəyli kəndindən olan 1975-ci ildə anadan olmuş Elşən Fəxrəddin oğlu Əsgərov 20 ildən artıqdır ki, Rostov vilayətinin Taqanroq şəhərində yaşayaraq orada ailə qurub sahibkarlıqla məşğul olurmuş. Onun qardaşları Elçin və Elnur da həmin şəhərdə yaşayırlar.

Elşən Əsgərovun yaşadığı şəhərdə azərbaycanlılar arasında böyük nüfuz sahibi olduğu deyilir. Mərhumun yaxınları onun nəşini doğmalarının yaşdığı kəndə gətririlərək dəfn ediblər.

Cəbrayılov qardaşları ilə də mərhum ailəvi dost olublar. Hətta qardaşlar bir müddət əvvəl mərhumun atasının yaşadığı Kərimbəyli kəndində qonaq olublar.

Onu da qeyd edək ki, Elşən Əsgərovun atası Salyan rayonunun Kərimbəyli kənd orta məktəbində müəllim işləyir.


Oxunma sayı: 15389

Oxşar yazılar