Messi 6-cı dəfə “Qızıl buts” sahibi oldu

  • 11:11 - 25 May

“Barselona” futbol klubunun argentinalı hücumçusu Lionel Messi 2018/2019 mövsümü Avropa çempionatlarının ən yaxşı bombardiri adını qazanaraq, “Qızıl buts” mükafatının sahibi olub.

Avropa.info xəbər verir ki, ard-arda artıq üçüncü dəfə bu mükafatın sahibi olan Messi İspaniya çempionatında 36 qol vuraraq, 72 xal yığıb. “Qızıl buts” mükafatının xalları hesablanarkən UEFA-nın 5 ən güclü çempionatının oyunlarında vurulmuş hər iki qola görə 2 xal sayılır.

İkinci yeri PSJ klubunun 20 yaşlı hücumçusu Kilian Mbappe tutub. Fransa çempionatında onun hesabında 33 qol var. 

Üçüncü yerdə isə İtaliyanın “Sampdoriya” klubunun 36 yaşlı hücumçusu Fabio Kvalyarella gəlir. İtaliya çempionatında 26 qol vurub.

Bu mükafat Messinin karyerasında 6-cıdır. Argentinalı futbolçu 2010, 2012, 2013, 2017 və 2018-ci illərdə “Qızıl buts” sahibi olub.


Oxunma sayı: 6039

Oxşar yazılar