Luiş Fiqu: "Bakı finalını qaçırmayın, mən də orada olacağam"

  • 17:59 - 24 May

Portuqaliya millisinin, “Barselona” və Madrid “Real”ının əfsanəvi futbolçusu Luiş Fiqu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu barədə çağırış edib.

AVRO-2020-nin səfirlərindən olan veteran yarımmüdafiəçi finalı izləmək üçün Azərbaycana gələcəyini söyləyib.

“Əziz dostlar, böyük Bakı finalına 5 gün qalıb. Mən də orada olacağam, finalı qaçırmayın”, - deyə o bildirib.

Qeyd edək ki, o daha əvvəl Avroliqada fəaliyyət göstərəcək könüllülərə müraciət etmişdi.

Onu da qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək finalda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları üz-üzə gələcək. Matç mayın 29-da, saat 23:00-da start götürəcək.

virtualaz.org


Oxunma sayı: 3685

Oxşar yazılar