“Mançester Yunayted” və “Çelsi”nin futbolçuları ümrə ziyarətində

  • 15:50 - 16 May

İngiltərə Premyer Liqasında oynayan “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba ümrə ziyarətinə gedib.

Avropa.info xəbər verir ki, fransız ulduz “İnstagram” səhifəsində Kəbədə çəkilən fotonu paylaşıb. “Həyatda baş verən vacib şeyləri əsla unutmaram” şərhi ilə paylaşılan fotoda “Çelsi” formasını geyən Kurt Zomanın Poqbanı müşayiət etdiyi görünür.

Poqbanın fotosu 2,1 milyon dəfə bəyənilib, 22 mindən çox şərh yazılıb. 

Fransa milli komandasının futbolçusu Pol Poqba bu mövsüm “Mançester Yunayted”də keçirdiyi 35 Premyer Liqa matçında 13 qol vurub.


Oxunma sayı: 13992

Oxşar yazılar