Azərbaycan beynəlxalq silah və hərbi texnika sərgisində iştirak edəcək

  • 20:38 - 14 May

Azərbaycan Ordusunun Raket və artilleriya qoşunları komandanı, general-mayor Zahid Hüseynovun rəhbərlik etdiyi Müdafiə Nazirliyinin nümayəndə heyəti Belarus Respublikasında səfərdədir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti mayın 15-də Minsk şəhərində başlayacaq “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi, həmçinin sərgi çərçivəsində keçiriləcək hərbi-texniki, müdafiə və təhlükəsizlik məsələləri, ikili təyinatlı texnologiyaların istifadəsi üzrə “MILEX INNOVATIONS-2019” VIII beynəlxalq elmi konfransda iştirak edəcək.

Sərgi mayın 18-dək davam edəcək.


Oxunma sayı: 3949

Oxşar yazılar