Cari ildə BP Azərbaycanda dənizdə və quruda 3 kəşfiyyat quyusu qazacaq

  • 20:02 - 13 May

BP bu il Azərbaycanda dənizdə və quruda 3 kəşfiyyat quyusu qazacaq.

“BP Azerbaijan” şirkətindən Avropa.info-ya bildirilib ki, “Şəfəq-Asiman” blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur.

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş üç perspektiv yerdə kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Birinci quyunun qazılması işlərinin cari ilin sonlarında başlanması planlaşdırılır.

“D230” bloku üzrə cari ildə 3 ölçülü seysmik tədqiqat aparılması nəzərdə tutulur. Əldə edilmiş nəticələrdən asılı olaraq ilk kəşfiyyat quyusunun planlaşdırılmasına başlanacaq.


Oxunma sayı: 6567

Oxşar yazılar