Avropa Liqası finalının hakimləri açıqlandı

  • 18:00 - 13 May

Bakıda keçiriləcək Avropa Liqasının final oyununun hakimləri müəyyənləşib.

Avropa.info xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

"Arsenal" - "Çelsi" matçını italiyalı hakimlər briqadası idarə edəcək

Oyunun baş hakimi Canluka Rokki olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Lorentso Manqanelli kömək edəcək. Dördüncü hakim funksiyasını Daniele Orsato yerinə yetirəcək.

Finalda əsas video-köməkçi hakim (VAR) Massimiliano İrrati olacaq. Ona həmyerlisi Marko Quida və polşalı Şimon Marçinyak yardımçı olacaq. VAR-da oyundankənar vəziyyətə isə polşalı Pavel Sokolniçki baxacaq.

Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.


Oxunma sayı: 5192

Oxşar yazılar