Azərbaycanda 22 manata 30 sot torpaq və tikili satılır – Foto

  • 12:04 - 13 May

Qubada tikilməkdə olan səkkizotaqlı villa cəmi 22 manata satışa çıxarılıb.

Axar.az xəbər verir ki, inşası hələ də davam edən villa Quba rayonunun Ağbil kəndində 30 sot torpaq sahəsindədir.

Birinci mərtəbəsi tam hazır olan villanın ikinci mərtəbəsinin tikilməsi üçün bütün lazımi materiallar alınıb. Həyət hasarlanıb və çox sayda çoxillik meyvə ağacı var.

220 kvadratmetr sahəsi olan tikilinin su, qaz və işığı var. Tikilinin cəmi 22 manata satışa təqdim edilməsi diqqət çəkib.

Xatırladaq ki, Azərbaycanda artıq bu satış praktikasından istifadə çoxalmağa başlayıb. Belə ki, yüksək dəyəri olan mülk müəyyən dövr ərzində simvolik qiymətə satışa təqdim edilir. Mülkü əldə etmək istəyənlərin (bir şəxs istədiyi qədər sifarişçi ola bilər) sayı mülk sahibini qane edən səviyyəyə çatdıqdan sonra onların arasında onlayn lotereya oynanılır.

Qalib ödədiyi cüzi məbləğ qarşılığında villaya sahib olur, villa sahibi isə lotereyadan toplanan vəsaitlə mülkünün dəyərini əldə edir.


Oxunma sayı: 4114

Oxşar yazılar