Pakistanda otelə silahlı hücum olub, azı 5 nəfər qətlə yetirilib

  • 00:00 - 13 May

Pakistanın Qvadar şəhərində silahlı şəxslərin beşulduzlu "Pearl Continental Hotel"ə hücumu nəticəsində azı 5 nəfər qətlə yetirilib. 

Ölənlər arasında təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı da var. 

Bildirilir ki, görülən təxirəsalınmaz tədbirlər nəticəsində bütün müştərilər ərazidən təxliyə edilib. Bundan sonra təhlükəsizlik qüvvələri xüsusi əməliyyat keçiriblər. Əməliyyat nəticəsində 3 silahlı şəxs zərərsizləşdirilib.

 

 


Oxunma sayı: 4455

Oxşar yazılar