Baxçalı: "İstanbulun qədəri terror təşkilatlarına necə həvalə ediləcək?"

  • 15:40 - 12 May


İstanbul ləkəsiz, şübhəsiz iradə ilə yüksəlməli, tərtəmiz vicdanlara əmanət edilməlidir. 

Avropa.info axar.az-a istinadən xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı deyib. O, İmamoğlu tərəfdarlarının “Hər şey çox gözəl olacaq" şüarına da münasibət bildirib: 

“Türk millətinin qüruru, qibtə ediləcək qiyməti olan İstanbul necə boyunduruq altına girəcək? İstanbulun qədəri terror təşkilatlarına necə həvalə ediləcək? Terror təşkilatları demokratik güc birliyindən danışır. PKK-çı canilər davamlı açıqlamalar verərək Əkrəm İmamoğlunu tərifləyir, CHP namizədinə dəstək mesajı paylaşırlar. Hər şey çox gözəl olacaqmış. Sizin gözəliniz yerə girsin!"


Oxunma sayı: 4180

Oxşar yazılar