Fransız kinorejissoru Jan-Klod Brisso 74 yaşında vəfat edib

  • 13:40 - 12 May

“Səs və qəzəb”, “Ağ toy” filmləri ilə tanınan fransız kinorejissoru Jan-Klod Brisso mayın 11-də Parisdə 74 yaşında vəfat edib.

Avropa.info xəbər verir ki, bu barədə Monde qəzetinə rejissorun ailəsindən məlumat veriblər. France-Press agentliyi isə öz növbəsində kinematoqrafçının yaxınlarına istinadla onun uzun sürən xəstəlik nəticəsində xəstəxanada vəfat etdiyini bildirib.

Brisso Kann kinofestivalının iki mükafatını alıb – 1988-ci ildə “Səs və qəzəb”, 2003-cü ildə isə “Gizli ehtiras” filmlərinə görə xüsusi mükafatlara layiq görülüb.


Oxunma sayı: 4730

Oxşar yazılar