Hindistanda yol-nəqliyyat hadisəsi nəticəsində azı 14 nəfər həlak olub

  • 13:00 - 12 May

Hindistanda avtobusun cip markalı avtomobillə toqquşması nəticəsində azı 14 nəfər həlak olub.

Avropa.info xəbər verir ki, yol-nəqliyyat hadisəsi Andhra-Pradeş ştatının Karnul dairəsində baş verib. Hadisə zamanı yaralanan daha 6 nəfər xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, cip qarşı zolağa çıxıb və yüksək sürətlə hərəkət edən avtobusla toqquşub. Polis həlak olanların sayının arta biləcəyini istisna etmir.

Hadisənin səbəbləri araşdırılır.


Oxunma sayı: 3993

Oxşar yazılar