"Mübariz" İdman Klubunun təqdimatı keçirilib

  • 12:24 - 07 May

Ucar Rayon Gənclər Mərkəzində "Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyinin nəzdində təsis edilən "Mübariz" İdman Klubunun təqdimatı keçirilib. 

Tədbirdə yeniyetmə İdmançılar, İdman ustaları, hərbi müəllimləri, media nümayəndələri, yeniyetmə və gənclər iştirak ediblər. Tədbirdə açılış sözü ilə çıxış edən "Gələcək" İntellektual İnkişafa Yardım İctimai Birliyinin Sədri Kazım Məmmədov "Mübariz" İdman Klubunun regionun yeniyetmə və gənclərinin sağlam, vətənpərvər ruhda inkişafında və idmançıların peşəkarlığının artırılmasında mühüm rol oynayacağını qeyd edib. 

Daha sonra o, klubun əsasnaməsi ilə tədbir iştirakçılarını tanış edib.

İctimai Birliyin təsisçisi Vasif Abdullayev qeyd edib ki, yeniyetmə və gənclər üçün nəzərdə tutulan bu idman klubu Ucar rayonunda gələcək gəncliyin sağlam inkişafını təmin edəcək layihələrdən biridir . İctimai Birliyin təsisçisi Oruc Piriyev bildirib ki,gənclərin idmana istiqamətləndirilməsi özü özlüyündə bir uğurdur, “Mübariz” İdman klubu baxımdan gənclər üçün bir fürsət olacaqdır. Klub rəhbəri vəzifəsini müvəqqəti icra edən idman ustası Elşən Əhmədli, klubun İlk yarandığı gündən uğura imza atması, onun gələcək fəaliyyətinin məqsədyönlülüyündən xəbər verdiyini söyləyib. Tədbirdə iştirak edənlər qeyd ediblər ki, klubun gələcək fəaliyyətinin yeniyetmə və gənclərin narkomaniya, zərərli vərdişlərdən uzaqlaşması və sağlam həyat tərzinə yönəldilməsi baxımından stimul verici olacaq. "Mübariz" İdman klubu gələcəkdə Azərbaycan İdmanına öz töhfəsini verəcəyini vurğulayıblar. 

Məlumat üçün qeyd edək ki, "Mübariz" İdman Klubu bu ilin mayın 1-də təsis edilib. Klubun idmançıları  mayın 5-də Goranboyda keçirilən Cudo üzrə açıq turnirdə 3 çəki dərəcəsində klubun 3 idmançısından 1-i I yer, 2 si isə II yer tutublar. 

Elnur Eltürk


Oxunma sayı: 9559

Oxşar yazılar