Mirzə Babayevin nəvəsi sərbəst buraxıldı

  • 15:04 - 06 May

REAL partiyasının üzvü Emin Babayev sərbəst buraxılıb.

Bir neçə gün əvvəl saxlanılan E. Babayev Səbail rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnib.

Qeyd edək ki, onunla bağlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) protokol tərtib olunmuşdu.

Xatırladaq ki, E.Babayev mərhum Xalq artisti Mirzə Babayevin nəvəsidir. 

Qafqazinfo


Oxunma sayı: 6644

Oxşar yazılar