8 yaşlı idmançımız Beynəlxalq turnirdə 395 gimnast arasında 3-cü oldu

  • 10:08 - 06 May

May ayının 3-dən 5-dək Macarıstanın Harkani şəhərində XVI ənənəvi “Pecs” kuboku uğrunda yarışlar keçirilib. Macarıstanla yanaşı, Xorvatiya, Çexiya, İngiltərə, İsrail, Avstriya, Ukrayna, Bosniya və Hersoqovinya, Polşa, Serbiya, İsveç, Almaniya, Serbiya, Sloveniya, Kipr, Ruminiya, Malta, Finlandiya, Belçika və ümumiyyətlə, 17-dən artıq ölkənin iştirak etdiyi yarışmada Azərbaycanı 2010-cu il təvəllüdlü gimnastlar arasında 8 yaşlı həmyerlimiz Mina Abbasova təmsil edib. O, müxtəlif yaş kateqoriyalarından olan 395 gimnastın qatıldığı turnirdə 3-cü yerə layiq görülüb.

Qeyd edək ki, sayca  33-cü medalını (11 qızıl, 19 gümüş, 3 bürünc) qazanan Mina Abbasova müxtəlif yarışların ən yüksək mükafatlarına layiq görülmüşdür. O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür və iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir. 

Balaca gimnastımızın ən böyük arzusu isə doğma Azərbaycanı Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır! 


Oxunma sayı: 5621

Oxşar yazılar