Ronaldo dünyanın ən bahalı avtomobilini aldı – Foto

  • 10:54 - 02 May

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo dünyanın ən bahalı avtomobili “Bugatti La Voiture Noire”i satın alıb.

Avropa.info xəbər verir ki, İtaliyanın “La Stampa” qəzetinin yazmasına görə, avtomobildən sadəcə 1 ədəd istehsal olunub, qiyməti isə 16,5 milyon avrodur.

Ancaq avtomobil test mərhələsində olduğu üçün Ronaldo bir az gözləməli olacaq. İlk dəfə Cenevrə Avtomobil Sərgisində nümayiş etdirilən “Bugatti La Voiture Noire”in korpusu tamamilə fiber materialından və əl əməyi ilə istehsal olunub.

Dizaynerlər modelin dizaynında 1936-cı ildə istehsal olunan “Type 57 SC Atlantic” modelindən ilhamlanıb.

Avtomobil saatda 0-100 km sürəti sadəcə 2,4 saniyəyə yığa bilir, 1500 at gücünə malikdir.


Oxunma sayı: 16401

Oxşar yazılar