Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş seminar keçirilib - Fotolar

  • 19:09 - 01 May

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş ümumrespublika seminarı keçirilib. 

Avropa.info xəbər verir ki, seminarın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək və yetişməkdə olan gənc nəsilə onun həyat və fəaliyyətini aşılamaq olmuşdur. 

Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov mərhum prezidentimizin dövlətimiz və xalqımız üçün etdiklərindən danışıb. A. Acalov məhz onun siyasəti nəticəsində ölkəmizdə idmanın inkişaf etdiyini vurğulayaraq hazırda da onun layiqli davamçısı olan prezidentimiz İlham Əliyevin dəstəyi ilə bu sahənin daha da inkişaf etməkdə olduğunu deyib.

Daha sonra çıxış edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri, Braziliya Ciu-Citsu idman növünün ölkəmizə gətirilməsində müstəsna əməyi olmuş qara kəmər sahibi Taleh Həsənov da mərhum prezidentimizin həyat yolundan və onun idmana qayğısından danışıb.

Bundan sonra çıxış edən Taleh Həsənovun tələbəsi və Qarabağ İdman Klubunun prezidenti, Braziliya Ciu-Citsu üzrə qara kəmər sahibi Anar Səfərov da idmançılara öz tövsiyələrini verib. 

Seminara Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov və onun tələbəsi Qarabağ İdman Klubunun prezidenti Anar Səfərov rəhbərlik edib. 

Taleh Həsənov hər şeydən əvvəl idmançılara Braziliya Ciu-Citsu idman növünün yaranma tarixindən, sirlərindən bəhs edərək bir neçə əsas nüansı onların diqqətinə çatdırarıb, onlara yeni fəndlər və taktikalar göstərib. Daha sonra isə idmançılar öz texniki və fiziki bacarıqlarını göstəriblər. Bundan sonra isə attestasiyadan keçən idmançılar növbəti kəmərlərə yiyələniblər. Seminarda yetmişə yaxın idmançı iştirak etmişdir.

Artıq bir müddətdir ki, Ciu-Citsu məşqlərində mütəmadi olaraq iştirak edən Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov da attestasiyadan keçərək göy kəmərə yiyələnib.


Oxunma sayı: 11550

Oxşar yazılar