Şahmatçımız Sarayevoda uğurlu çıxışını davam etdirir

  • 19:10 - 01 May

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən 49-cu beynəlxalq turnirdə azərbaycanlı şahmatçı Ülvi Sadıqov uğurlu çıxışını davam etdirir.

Avropa.info xəbər verir ki, təmsilçimiz 6 turdan 5 xal toplayaraq üçüncü pillədə qərarlaşıb.

Şahmatçımız növbəti turda turnir cədvəlinin lideri xorvatiyalı Ante Brkiclə üz-üzə gələcək.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.


Oxunma sayı: 5632

Oxşar yazılar