Bu gün futbol üzrə Azərbaycan Kubokunun finalçıları məlum olacaq

  • 16:44 - 01 May

Mayın 1-də futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçiriləcək.

Yarımfinal mərhələsinin ilk cavab matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mərkəzi arenada “Qarabağ” “Qəbələ”ni qəbul edəcək. “Qırmızı-qaralar” ilk görüşün 73-cü dəqiqəsində Ceyms Adeniyinin vurduğu yeganə qolla qalib gəlib. Lakin cari çempionatda ağdamlılar 4 oyunun hamısında üstün olublar - 4:1, 3:1, 2:1 və 2:1. Komandalar indiyədək üç dəfə dörddəbir finalda, bir dəfə finalda qarşılaşıblar. Bu oyunlarda üçündə “Qarabağ”, birində isə “Qəbələ” qələbə qazanıb.

Mərhələnin digər cavab görüşü isə Zirədə baş tutacaq. “Zirə” öz meydanında “Sumqayıt” klubunu qəbul edəcək. Xatırladaq ki, Sumqayıtda keçirilən ilk oyun qolsuz heç-heçə ilə başa çatıb.

Bu kollektivlər arasına cari çempionatdakı dörd görüşdən üçündə zirəlilər qələbə qazanıblar - 0:1, 3:1, 1:0 və 2:0. Ölkə kuboku hər iki komandanın UEFA Avropa Liqasına vəsiqə qazanması üçün son şansdır.

“Qarabağ” – “Qəbələ” görüşü 17:00-da, “Zirə” – “Sumqayıt” oyunu isə 20:00-da başlayacaq. Hər iki qarşılaşma “CBC Sport” telekanalında canlı yayımlanacaq. (AzərTAc)


Oxunma sayı: 12914

Oxşar yazılar