Bakıda avtomobil qaçıran şəxs saxlanıldı

  • 16:03 - 01 May

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Hacıyev aprelin 29-da gecə saatlarında Talıblı küçəsindən "Niva" markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, müraciətlə əlaqədar keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxs R.Rüstəmov küçəsində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun Abşeron rayon sakini Amid Rüstəmov olduğu müəyyən edilib.

Araşdırma aparılır.


Oxunma sayı: 7502

Oxşar yazılar