Çempionlar Liqasında erkən final - "Barselona" "Liverpul"a qarşı

  • 10:30 - 01 May

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçiriləcək.

Avropa.info qol.az-a istinadən xəbər verir ki, turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağı olacaq.

Ardıcıl ikinci mövsümdə ÇL-in həlledici oyununa vəsiqə qazanmaq istəyən mersisaydlılar "Nou Kamp"da sərfəli nəticə qazanmağa çalışacaqlar. Bu mövsüm iştirak etdiyi bütün turnirlərdə uğurlu çıxışı ilə yadda qalan kataloniyalılar isə doğma meydan və azarkeş amilindən maksimum yararlanıb, ingilisləri evə əliboş göndərmək istəyirlər.

Çempionlar Liqasında erkən final kimi dəyərləndirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinalın digər matçında "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

1 may

Çempionlar Liqası

Yarımfinalın ilk oyunu

23:00. "Barselona" - "Liverpul"

30 aprel

"Tottenhem" - "Ayaks" - 0:1
Qol: Van de Biik, 15


Oxunma sayı: 18480

Oxşar yazılar