“Birinci yeri tutduğum üçün çox xoşbəxtəm” - Formula 1-in qalibi

  • 23:23 - 28 Aprel

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisində ilk üç yeri tutan pilotlar yarışdan sonra fikirlərini bölüşüblər.

 

Birinci yeri tutan Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas mübarizənin ağır keçdiyini söyləyib: “Bəlkə də, çox hadisə baş vermədi. Amma Lüis davamlı şəkildə mənə təzyiq göstərirdi. Damalı bayrağı gördüyüm və birinci yeri tutduğum üçün çox xoşbəxtəm”.

İkinci sırada finiş edən Lüis Hemilton öz növbəsində komanda yoldaşını təbrik edib: “Həqiqətən də yaxşı sürdü və səhvə yol vermədi. Bu, komandamın mövsümə ən yaxşı başlanğıcıdır. Bu kollektivin bir hissəsi olmaqdan məmnunam”.

İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel isə yarışı üçüncü pillədə başa vurmağın və komanda yoldaşı Şarl Leklerin dövrəni ən tez tamamlamasının önəmli olduğunu deyib.

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində də “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb


Oxunma sayı: 7733

Oxşar yazılar