“Formula 2”: Paytaxtda ikinci dəfə zəncirvari qəza baş verib - YENİLƏNİB

  • 14:42 - 28 Aprel

Bakıda keçirilən “Formula 2” üzrə yarışda ikinci dəfə zəncirvari qəza baş verib.

 Xoşagəlməz hadisə bu dəfə də 2-ci döngədə olub.

Nəticədə Nikita Mazepin (ART Grand Prix), Cordan Kinq (Motorspor) və Luka Qyottonun (UNI-Virtuosi) bolidi səddə çırpılıb.

Onların hamısı mübarizəni dayandırıb.

***13:41

Bakıda keçirilən “Formula 2” üzrə ikinci yarışda zəncirvari qəza baş verib.

Startdan dərhal sonra 2-ci döngədə 3 bolid toqquşub.

Nəticədə Ralf Boşunq (“Trident”), Lui Deletraz (“Karlin”) və yarışın yeganə qadın iştirakçısı Tatyana Kalderon (“BWT Arden”) mübarizəni dayandırıb. Bir qədər sonra “Triden”in digər pilotu Culian Alezi də qəza keçirərək, mübarizəni başa vurub.

Qeyd edək ki, ikinci yarış 21 dövrədən ibarətdir


Oxunma sayı: 6666

Oxşar yazılar