Formula 1 həvəskarlarını Bakıda həyəcanlı və maraqlı bir gün gözləyir

  • 10:00 - 28 Aprel

Formula 1 həvəskarlarını aprelin 28-də Bakıda çox həyəcanlı və maraqlı bir gün gözləyir.

Avropa.info Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin sonuncu gününün yarış və əyləncə proqramını təqdim edir.

Bu gün saat 11:20-dən 12:00-dək azarkeş zonasında “Williams”, “Racing Point”, “McLaren”, “Haas” və “Toro Rosso” komandaları pilotları avtoqraf sessiyaları keçirəcəklər. Saat 13:10-da Formula 2 üzrə ikinci yarış başlayacaq.

Saat 14:30-dan 15:00-dək Qran-Prinin açılış mərasimi və pilotların paradı olacaq.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisinə saat 16:10-da start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 56 dövrə vuracaqlar. Beləliklə, Bakı şəhər halqasında dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək.

Günün sonunda “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman həvəskarlarına xoş anlar bəxş edəcəklər. DJ-lərin konsert proqramı səhər saatlarınadək davam edəcək.


Oxunma sayı: 12441

Oxşar yazılar