
Bakıda keçiriləcək Avropa Liqasının finalının büdcəsi açıqlandı
- 15:58 - 26 Aprel
AFFA-nın baş katibi Elxan Məmmədov Bakıda keçiriləcək Avropa Liqasının finalının büdcəsini açıqlayıb.
Avropa.info xəbər verir ki, rusiyalı jurnalistlərə açıqlama verən baş katib büdcənin təxminən 7 milyon dollar olacağını bildirib:
"Avropa Liqasının finalına hazırlıq işlərinə təxminən 7 milyon dollarlıq büdcəmiz var. Əminəm ki, bu məbləğ tədbiri xərclərinə kifayət edəcək".
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.