İstanbulda böyük FETÖ əməliyyatı – 210 hərbçinin həbs qərarı verildi

  • 10:57 - 26 Aprel

Orduda FETÖ şəbəkəsinin üzvü olduğu iddia edilən hərbçilərə qarşı bu səhər İstanbul Jandarm Komandanlığının əmri ilə əməliyyat keçirilib.Avropa.info xəbər verir ki, İstanbul polisi və jandarmın iştirak etdiyi əməliyyatda 112 nəfər Quru Qoşunlarında, 29-u HHQ-də, 50-i HDQ-də, 14-ü Jandarm Baş Komandanlığında, 5-i Sahil Təhlükəsizliyi Xidmətində xidmət edən 210 hərbçi haqda saxlanılma qərarı verilib.

Saxlanılma qərarı verilən hərbçilər arasında 5 polkovnik, 7 polkovnik-leytenant, 14 mayor, 33 baş leytenant, 2 leytenant və 102 gizir rütbəli hərbçi var.


Oxunma sayı: 11990

Oxşar yazılar