Bakıda arvad ərini küt alətlə döyüb, qabırğasını və başını əzdi

  • 15:08 - 25 Aprel

Döyülmə hadisəsi Nardaran-Maştağa qəsəbəsi, Yeni yaşayış massivində qeydə alınıb.

Avropa.info ONA-ya istinadən xəbər verir ki, 46 yaşlı kişi Qarayev Edqar Binnət oğlu həyat yoldaşı ilə mübahisə edib.

Nəticədə o arvadı tərəfindən küt alətlə döyülüb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlər ona döş qəfəsinin və başının küt əzilməsi diaqnozu qoyub.

Fakt araşdırılır.


Oxunma sayı: 6391

Oxşar yazılar