Balakəndə əməliyyat : Qadının evindən narkotik çıxdı

  • 13:41 - 25 Aprel

Balakən Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları daxil olmuş məlumat əsasında Gərəkli kənd sakini A.Kiçiliyevanın yaşadığı evdə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN Mətbuat Xidmətindən Avropa.info-ya verilən məlumata görə, qadının evindən 305 qrama yaxın narkotik vasitə olan marixuana, həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 36 ədəd çətənə kolları aşkar edilərək götürülüb. ​Faktla bağlı araşdırma aparılır. 


Oxunma sayı: 12100

Oxşar yazılar