Türkiyədə iş adamının qətli ilə bağlı müəmma: Qatil azərbaycanlıdır, yoxsa əfqanıstanlı?

  • 12:16 - 20 Aprel

İstanbulda fevral ayından bu yana itkin düşmüş və meyiti Təkirdağdakı bağ evində tapılan 59 yaşlı biznesmen Şahin Akçanın boğularaq öldürüldüyü ortaya çıxıb. Cinayətdə şübhəli bilinən azərbaycanlı S.M. ad-familiyalı şəxsin Artvin vilayətindəki Sarp sərhəd-keçid məntəqəsindən xaricə qaçdığı müəyyən edilib.

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. İkili vətəndaşlığı olan və ABŞ-da restoran işlədən Şahin Akça İstanbulda yoxa çıxmışdı. Xaricdə yaşayan ailəsi Akçadan xəbər ala bilməyincə 19 fevralda itkin düşməsi ilə bağlı polis məlumat veriblər. Ancaq biznesmenin izini tapmaq mümkün olmayıb. Ailə bundan sonra 16 apreldə Təkirdağ Baş Prokurorluğuna müraciət edərək Şahin Akçanın Təkirdağın turistik ərazisi Kumbağda qeydiyyatda olduğunu bildirib. 

İşadamı Şahin Akça cinayetinde sır perdesi aralanıyor!

Təkirdağ Baş Prokurorluğunun təlimatı ilə polis Kumbağ Safran küçəsində yerləşən bağ evinə daxil olaraq axtarışa başlayıb.

Bağ evinin damında Şahin Akçanın cəsədi aşkarlanıb. Hadisə yerində istintaq aparan heyət və prokurorluğun ilkin istintaqı nəticəsində Akçanın boğularaq öldürüldüyü müəyyən edilib.

Cinayətdə şübhəli bilinən şəxsin tutulması üçün rayon Jandarm Komandanlığı əməkdaşları kamera qeydlərini tədqiq ediblər. Biznesmenin lüks model avtomobilinin 11 dekabr günü bağ evinə daxil olduğu və bir daha çıxmadığı müəyyən edilib. Araşdırma zamanı Akçanın Azərbaycan əsilli S.M. ilə səyahət etdiyi aşkarlanıb. Jandarmın apardığı istintaqda cinayətdə şübhəli şəxs sayılan S.M.-nin 9 yanvarda Artvində Sarp sərhəd-keçid məntəqəsindən xaricə qaçdığı müəyyən edilib.

Təkirdağ Baş Prokurorluğu azərbaycanlı S.M.-nin həbs olunması üçün “qırmızı bülleten”lə axtarışa verməyə hazırlaşır.

Türkiyənin bir çox mətbuat orqanlarında qətli törədən şəxsin əfqanıstanlı olduğu yazılır. Türkiyə mətbuatı qeyd edir ki, Akçanın yoxa çıxdığı dönəmdə görüşdüyü müəyyən edilən Əfqanıstan vətəndaşı ölkədən xaricə qaçıb.


Oxunma sayı: 8283

Oxşar yazılar