
Cəlilabadda 44 yaşlı kişi döyülüb
- 19:57 - 18 Aprel
Cəlilabad rayonunda 44 yaşlı kişi döyülüb.
"Report"un məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini, 1975-ci il təvəllüdlü Qəhrəman Bəhrəm oğlu Rüstəmov bir neçə naməlum şəxs tərəfindən döyülüb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.