Yunanıstanda xarici vətəndaşlar rekord sayda daşınmaz əmlak almağa başlayıblar

  • 22:12 - 16 Aprel

Yunanıstanda xarici vətəndaşlar rekord sayda daşınmaz əmlak almağa başlayıblar.

 Yunanıstan Milli Bankının məlumatına əsasən, ölkəyə daşınmaz əmlakın satışından gələn xarici kapitalın həcmi bu ilin yanvarında ötən ilin eyni ayı ilə müqayisədə 155,7 faiz artıb. Bu tendensiya hələ 2017-ci ildən başlayıb.

Məlumatda bildirilir ki, bu yüksəliş xarici sərmayəçilərin Yunanıstanda daşınmaz əmlak almağa maraqlı olduğunu və bununla da turizmdən yüksək mənfəət əldə ediləcəyini göstərir. Evlərini qısa müddətə kirayə verən xarici investorlar Yunanıstana maliyyə böhranından sonra daha böyük etibar etdikləri görsənir, iqtisadiyyatı güclənir.

 


Oxunma sayı: 6270

Oxşar yazılar