Bakıda içərisində pul və qızıl olan seyf oğurlandı

  • 16:27 - 15 Aprel

Bakıda içərisində pul və qızıl olan seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 400 manat pul və 10.200 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Süleymanov saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Oxunma sayı: 3806

Oxşar yazılar