Bakıda quşçuluq fabrikindən 170 min manatlıq məhsul oğurlandı

  • 14:50 - 15 Aprel

Bakıda quşçuluq fabrikindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya məlumat verilib.

Verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170.000 manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda sübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıb.


Oxunma sayı: 5148

Oxşar yazılar