Kreml Ərdoğanın qəti mövqeyini alqışladı - S-400 zenit-raket kompleksləri məsələsində

  • 23:10 - 14 Aprel

Rusiya Türkiyəni ABŞ-ın təzyiqlərinə baxmayaraq S-400 zenit-raket kompleksləri ilə bağlı nümayiş etdirdiyi kifayət qədər qəti mövqeyə görə alqışlayır.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Prinsipcə özünü müstəqil apara bilən barmaqla sayılası qədər ölkə var. Həm Rusiya, həm də Türkiyə bu cür ölkələrin kateqoriyasına aiddir. Təzyiq həqiqətən görünməmiş kimi hiss edilir. Ərdoğanın nümayiş etdirdiyi qəti mövqeyi alqışlayırıq”, - D.Peskov bildirib.

Qeyd edək ki, Ərdoğan bir neçə gün əvvəl S-400 zenit-raket komplekslərinin iyula qədər Türkiyəyə təhvil verilə biləcəyini bəyan edib. Türkiyə prezidenti həmçinin vurğulayıb ki, başqa ölkənin bu məsələyə müdaxilə etmək haqqı yoxdur.

Məsələ ondadır ki, ABŞ S-400-lərin Türkiyəyə satışının qarşısını almağa çalışır. Hətta Ankaranı sanksiyalarla hədələyən Vaşinqton əks halda “F-35” döyüş təyyarələrinin Türkiyəyə satışının qarşısını alacağını bildirib.


Oxunma sayı: 5203

Oxşar yazılar