BƏƏ Sudanın yeni təyin olunmuş hərbi şurasının atdığı addımları dəstəkləyir

  • 22:50 - 14 Aprel

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Sudanda hərbi keçid şurasının yeni təyin olunmuş başçısı Əbdülfəttah əl-Burxanı dəstəklədiyini bəyan edib. 

BƏƏ-nin prezidenti şeyx Xəlifə bin Zayed Əl Nahyan Sudana humanitar yardımın tezliklə göndərilməsinin yollarının araşdırılması üçün ölkənin keçid hərbi şurası ilə əlaqənin yaradılması barədə tapşırıqlar verib. 

BƏƏ-nin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Əmirlik Sudanın ən yeni tarixinin bu dönüş məqamında baş verən hadisələri diqqətlə izləyir və qardaş xalqın, onun milli ordusunun bütün çağırışların öhdəsindən gələ biləcəyinə, ölkədə sabitliyin, inkişafın və çiçəklənmənin təmin etmək iqtidarında olduğuna ümidvar olduğunu bildirib. 

Bəyanatda Sudanın hərbi şurasının ölkədə qanın tökülməməsi istiqamətində atdığı addımlarının dəstəklədiyi vurğulanır.


Oxunma sayı: 4719

Oxşar yazılar