Tramp da Konqresin ilk hicablı vəkilini hədəfə aldı

  • 21:50 - 14 Aprel

ABŞ Konqresinin ilk hicablı vəkili, Somali əsilli İlhan Omar 11 sentyabr hadisələri ilə bağlı fikirlərinə görə tənqid obyektinə çevrilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ifrat sağçı və mühafizəkarlardan sonra ABŞ prezidenti Donald Tramp da Omarı hədəf alıb.

Tramp Omarın çıxışından bir hissə ilə əkiz qüllələrin vurulma anının montajlanmış görüntülərini paylaşaraq “Əsla unutmayacağıq” sözlərini yazıb.

Qeyd edək ki, İlhan Omar 11 sentyabr hadisələrini düzgün qiymətləndirə bilməməkdə ittiham olunur.


Oxunma sayı: 4004

Oxşar yazılar