Səudiyyə Ərəbistanı Sudanda hərbi keçid şurasının addımlarını dəstəkləyir

  • 13:55 - 14 Aprel

Səudiyyə Ərəbistanı Sudanın hərbi keçid şurasının addımlarını dəstəkləyir.

Avropa.info SPA agentliyinə istinadla xəbər verir ki, Sudandakı vəziyyətlə bağlı verilən bəyanatda Səudiyyə Ərəbistanında qardaş ölkədə baş verən hadisələrin gedişatının yaxından izlənildiyi qeyd olunur. Bildirilir ki, Krallıq hərbi keçid şuranın bəyan etdiyi addımları dəstəkləyir. Ümid edir ki, bu addımlar Sudan xalqının milli maraqlarının təmin olunmasına və ölkədə təhlükəsizliyin, sabitliyin təmininə xidmət edəcək.

Həmçinin qeyd olunur ki, Səudiyyə Ərəbistanı Kralı qardaş Sudan xalqına humanitar yardımın (yanacaq, qida məhsulları və dərmanlar) göstərilməsi üçün Fərman imzalayıb.


Oxunma sayı: 5335

Oxşar yazılar