Poroşenko: Makron bu məsələ ilə bağlı Putinlə görüşəcək

  • 23:42 - 13 Aprel

Kerç boğazı böhranından sonra Rusiya tərəfindən girov götürülən 24 dənizçinin sərbəst buraxılması üçün Fransa Prezidenti Emanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Bu barədə məlumatı Ukrayna Prezidenti Pyotr Poroşenko Makronla görüşdən sonra sosial media hesabında paylaşıb. O bildirib ki, Makron dənizçilərin azad edilməsi üçün Putinlə danışacağına söz verib:

 

"Fransa prezidentinə 24 dənizçinin sərbəst buraxılması üçün Putinlə görüşəcəyinə görə minnətdaram".

Qeyd edək ki, Rusiya ötən il noyabrın 25-də Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.

 

 

 

axar.az


Oxunma sayı: 4477

Oxşar yazılar