Bakıdan Çelyabinskə aviareys açılıb
- 20:02 - 10 Aprel
Rusiyanın "IrAero" şirkəti Bakıdan Çelyabinsk şəhərinə aviareys açıb.
İlkin olaraq uçuşlar iyunun 20-dək təkcə çərşənbə axşamı, həmin tarixdən sonra isə cümə axşamı da həyata keçiriləcək. Çelyabinsk-Bakı istiqamətində ilk uçuşda 29 sərnişin iştirak edib. Tələbat artarsa, gələcəkdə reyslərin sayı artırılacaq.