Həbib Nurməhəmmədov Ronaldo ilə dostluğundan danışdı

  • 15:47 - 10 Aprel

Qarışıq döyüş növləri üzrə güləşçi, UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov idman alıəmindən bir çox şəxslə, o cümlədən futbolçu Kriştianu Ronaldo ilə dəstluq etdiyini deyib.

Avropa.info xəbər verir ki, o, bu barədə Rusiya NTV-də efirə gedən “Matç Tv”də danışıb:

“Belə adamlar çoxdur. Kriştianu Ronaldo ilə hər matçdan sonra yazışırıq, danışırıq”.

Həbib Ronaldonu Dağıstana dəvət etməyi düşünmədiyini deyib:

“Bilmirəm, belə fikir ağlıma gəlməyib. Mən ona mühafizəçi tutmalı olacam. Bilmirəm, burada onun həyatına cavabdeh ola biləcəmmi (gülür). Biz tərəfdə elə də təhlükəsiz deyil, KİV-də göstərilənlərə baxmayın. Bütün hallarda o, dünyaca məşhur idmançıdır. Onun həyatı üçün məsuliyyət daşımaq istəməzdim. Onu qarşılamağa çox şad olardım”.


Oxunma sayı: 8536

Oxşar yazılar