Hacı Əliyev üçüncü dəfə Avropa çempionu olub

  • 22:40 - 09 Aprel

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Avropa.info xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Türkiyə təmsilçisi Selahəttin Kılıcsallayanı məğlub edib.

Mahir Əmiraslanov (57 kq) isə bolqarıstanlı Georgi Valentinov Vangelova qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, Cəbrayıl Həsənov (79 kq) rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün Avropa çempionu adını qazanıb. Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi final görüşünə çıxacaq. Ağahüseyn Mustafayev (70 kq) Mustafa Kaya ilə üz-üzə gələcək. 97 kq-dakı Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.


Oxunma sayı: 13552

Oxşar yazılar