Braziliya polisi futbolçulara qarşı gözyaşardıcı qazdan istifadə edib - VİDEO

  • 20:55 - 09 Aprel

Braziliyada polis futbolçulara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Hadisə Qoyas ştatının çempionatında “Atletiko Qoyaniense” və “Vila Nova” komandaları arasında baş tutan oyun zamanı olub. Hakimin final fitindən sonra futbolçular arasında dava düşüb. Nəticədə polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

İnsident nəticəsində bir neçə oyunçu və azarkeş xəsarət alıb.

Qeyd edək ki, matç “Atletiko Qoyaniense”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 


MROR7zYckws

Oxunma sayı: 7117

Oxşar yazılar