8 yaşlı azərbaycanlı gimnast 32 medalın sahibidir – Video

  • 10:38 - 08 Aprel

Balaca gimnast Mina Abbasova idman karyerasına 2016-ci ildən, hələ 5 yaşında olarkən başlamış və qısa vaxt ərzində Budapeştdə keçirilən “Beynəlxalq Bahar kuboku – 2016” yarışmasında iştirak edərək 1-ci yerə layiq görülmüşdür. O, Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür. Balaca Mina müxtəlif ölkələrdə keçirilən bir sıra beynəlxalq turnirlərin iştirakçısı olmuşdur. Macarıstan, Polşa, İtaliya, Xorvatiya, Almaniya və doğma Bakıda təşkil edilən ən müxtəlif, beynəlxalq yarışlarda iştirak edərək 32 medala – 11 qızıl, 19 gümüş, 2 bürünc olmaqla yüksək mükafatlara layiq görülüb.

Qeyd edək ki, Abbasova Mina Vüsal qızı 2010-cu ildə Bakı şəhərində anadan olub. O, hal-hazırda Macarıstanın Budapeşt şəhərində gücləndirilmiş ingilis dili təmayüllü məktəbin 3-cü sinfində təhsil alır. 4 yaşından valideynlərinin işi ilə əlaqədar ezam olunduqları Macarıstan Respublikasında yaşasa da, iştirakçısı olduğu yarışlarda Azərbaycan bayrağı altında çıxış edir.

` Macarıstanda keçirilən “Bahar turniri” (2016), “Pecs kuboku” (2017), “Müasir rəqslər üzrə Avropa çempionatı” (2017), “Yeni il kuboku” (2017), “Victoriya kuboku” (2018), “Gracia kuboku” (2018), Xorvatiyada “Sirena kuboku” (2018), Polşada “Qızıl bulava” (2017), “Qızıl bulava” (2018) və “Sosnoviç kuboku” (2019) kimi məsul yarışların qızıl medalçısı olan balaca gimnastımızın ən böyük arzusu isə doğma Azərbaycanı Dünya çempionatlarında və Olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır!

Hazırda M.Abbasova daha böyük məsuliyyətlə növbəti beynəlxalq səviyyəli yarışlara hazırlaşır. Ona bu yarışlarda uğurlar arzulayırıq!


wU4pVnuvrm4

Oxunma sayı: 5643

Oxşar yazılar