
Maradona baş məşqçisi olduğu klubun avtobusunu idarə edib - Foto
- 21:12 - 02 Aprel
Meksikanın "Dorados" komandasının baş məşqçisi Dieqo Maradona növbəti qeyri-adi davranışı ilə gündəmə gəlib.
Avropa.info report-a istinadən, argentinalı mütəxəssis klubun avtobusunu idarə edib. O, maşını hava limanından otelədək sürüb. Komanda "Tampiko Madero" ilə matçda iştirak etmək üçün səfərə çıxıb.
Qeyd edək ki, görüş "Dorades"in qələbəsi ilə yekunlaşıb - 3:2. Maradonanın rəhbərlik etdiyi komanda 12 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.
