Bakıda bıçaqla satıcını hədələyərək pul alan yeniyetmə tutulub

  • 16:57 - 02 Aprel

Aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyib kassadakı 205 manatı aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, 28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Araşdırma aparılır.


Oxunma sayı: 13398

Oxşar yazılar