"Fənərbağça" və "Beşiktaş"dan təklif almışam" - Millimizin futbolçusu

  • 15:19 - 02 Aprel

Mən hələ "Bursaspor"da olanda bu iki klubdan təklif almışdım. Mənimlə maraqlanırdılar. "Fənərbağça"nın skautları tez-tez oyunlarıma baxmağa gəlirdilər. Menecerimlə təmas da qurmuşdular.

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının futbolçusu Ozan Can Kökçü Türkiyənin böyük klublarından təklif alıb.

Avropa.info matc.az-a istinadən xəbər verir ki, bunu gənc yarımmüdafiəçi özü Türkiyə mətbuatına açıqlamasında bildirib.

"Giresunspor"un oyunçusu "Beşiktaş" və "Fənərbağça"nın maraq dairəsində olması ilə bağlı yayılan xəbəri doğrulayıb: "Mən hələ "Bursaspor"da olanda bu iki klubdan təklif almışdım. Mənimlə maraqlanırdılar. "Fənərbağça"nın skautları tez-tez oyunlarıma baxmağa gəlirdilər. Menecerimlə təmas da qurmuşdular. "Bursaspor"la müqavilə imzalayanda menecer Muzzi Özcan 19 dəfə zəng vuraraq, "Fənərbağça"dan təklif olduğunu demişdi. İndi də təkliflər var. Ancaq mövsümün sonuna qədər komandamın oyunlarına köklənmək istəyirəm".

Ozan hazırda "Feyenoord"da çıxış edən qardaşı Orkun Kökçünün "Beşiktaş"a keçmək variantına da münasibət bildirib: "Orkunun Türkiyəyə gəlməsinin bir mənası yoxdu. "Feyenoord"la müqavilə müddətini 2023-cü ilə qədər uzadıb. Hollandiyada çox xoşbəxtdi. Onun "Beşiktaş"a keçmək variantı heç vaxt olmayıb".


Oxunma sayı: 7799

Oxşar yazılar