Qəbir üzərində təhqiredici hərəkətlər edən şəxs tutuldu

  • 14:50 - 02 Aprel

Azərbaycanda qəbirləri təhqir edən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinə cari il mart ayının 31-də Şəmkir rayonunun Keçili kəndi ərazisində yerləşən qəbristanlıqda 2 qəbirin sinə daşı və 50 qəbirin ətrafına quraşdırılmış mərmərdən olan güldanların sındırılması,

7 qəbirin kənarına bərkidilmiş süni güllərin qopardılması və 1 qəbir daşının üzərinə qoyulmuş təbii güllərin ətrafa tullanılması barədə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə C.Nəcəfli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.


Oxunma sayı: 15290

Oxşar yazılar