Cəlilabadda keçmiş məhkum atasını bellə döyərək öldürdü

  • 20:30 - 01 Aprel

Martın 30-da saat 2 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində əvvəllər məhkum olunmuş Oqtay Dadaşov yaşadığı evdə münaqişə zəminində atası Feyzullanı döyərək qətlə yetirib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində O.Dadaşov saxlanılıb. Ondan narkotik vasitə olan heroin götürülüb.

Bu arada "Report" hadisənin təfərrüatı barədə məlumat yayıb.

Məlumata görə, münaqişəyə səbəb samovar olub. O.Dadaşov atasına məxsus samovarı ondan alaraq istifadə edib. Daha sonra F.Dadaşov oğlundan samovarı qaytarmağı tələb edib. O.Dadaşov samovarı qaytarsa da, atası samovarın onun olmadığını bildirib. Nəticədə tərəflər arasında münaqişə yaranıb. Bu zaman O.Dadaşov bel ilə atasına zərbələr vurub və pilləkandan aşağı itələyərək onu öldürüb.

Bildirilir ki, ata evin birinci, oğul isə evin ikinci mərtəbəsində yaşayırmış.

Faktla əlaqədar cinayət işi başlanıb.


Oxunma sayı: 7073

Oxşar yazılar