Türkiyədə seçki bülletenlərinin 99 faizi sayıldı : AK Partiya və MHP-nin qurduğu Cumhur İttifaqı seçkinin qalibidir - Yenilənib

  • 17:27 - 31 Mart
Türkiyədə keçirilən bələdiyyə seçkilərində səslərin 99,8 faizi sayılıb. Avropa.info xəbər verir ki, AK Partiya və MHP -nin birgə ittifaqı olan Cumhur İttifaqı 51,7 faizlə seçkinin qalibidir. *** Türkiyədə keçirilən bələdiyyə seçkilərində seçicilərin 91 , 15 faizi sayılıb. Avropa.info xəbər verir ki, Cumhur İttifaqı səslərin 51, 74 , Millət İttifaqı isə 37 faiz səs alıb. *** Türkiyədə keçirilən bələdiyyə seçkilərində seçicilərin 60, 71 faizi sayılıb. Avropa.info xəbər verir ki, seçicilərin 52, 32 faizi "Cumhur İttifaqı"na, 37, 24 faizi isə "Millət İttifaqı"na səs verib. *** Türkiyədə keçirilən bələdiyyə seçkilərində seçicilərin 36,28 faizinin səsi sayılıb. Səsvermənin nəticələrinə görə, AK Partiya və MHP-nin birgə qurduğu Cumhur İttifaqı səslərin 52, 34 faizini, CHP və İYİ partiyanın qurduğu Millət İttifaqı isə səslərin 37, 65 faizini əldə edib. Partiyalara gəlincə, AK Partiya 47,37, MHP 4, 96, CHP 31, 58, İYİ Partiya 5,93, HDP 3.18 faiz səs alıb. *** Yüksək Seçki Şurasının yayım qadağasını götürdükdən sonra, ilk nəticələr açıqlanıb. Avropa.info xəbər verir ki, Cümhur İttifaqı 52,99, Millət İttifaqı isə 35,80 faiz səs alıb. Seçki qutularının 25, 32 faizi açılıb. Hazırda bütün Türkiyə üzrə səslərin 20 faizi sayılıb.

Türkiyədə keçirilən bələdiyyə seçkiləri  Yüksek Seçki Şurasının qərarı ilə  saat 17.00-dan (Türkiyə vaxtı ilə:red) etibarən başa çatıb. 

Artıq səslər sayılır.

***

Türkiyədə keçirilən bələdiyyə seçkiləri davam edir.

Avropa.info xəbər verir ki, artıq ölkənin şərqində yerləşən 32 vilayətdə seçkilər başa çatıb. 

Bunlar Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Giresun, Gümüşhanə, Hakkari, Kars, Malatya, Kahramanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ardahan, İğdır, Kilisdir. Hazırda seçki bitən bölgələrdə səslər sayılır.


Oxunma sayı: 8118

Oxşar yazılar