Sabirabad sakinindən narkotik götürülüb

  • 22:12 - 29 Mart

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Moranlı kənd sakini Əli Əliyev saxlanılıb. 

DİN mətbuat xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, daxil olmuş məlumat əsasında PB-nin əməkdaşları tərəfindən Ə.Əliyevə məxsus həyətyanı sahəyə baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə bitkisinin şitili aşkar edilərək götürülüb. 

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya  təqdim olunub. Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 8382

Oxşar yazılar